İnsanlara hürriyət, millətlərə istiqlal!

"Fənərbağça"nın göndərdiyi Tedeskodan XƏBƏR VAR - Səs-küylü transfer

2211 14.05.2026 11:51 İdman A A

Almaniyanın "Ayntraxt" (Frankfurt) klubunun baş məşqçi Albert Riera ilə yollarını ayırmağa hazırlaşdığı iddia edilir.

Musavat.com "Haberler.com" portalına istinadən xəbər verir ki, Almaniya təmsilçisinin yeni baş məşqçi postu üçün Domeniko Tedesko ilə danışıqlara başlayacağı bildirilir.

Klubun "Qalatasaray"ın keçmiş futbolçusu Albert Riera ilə vidalaşmaq üzrə olduğu vurğulanır.

Cari ilin fevral ayında komandanın sükanı arxasına keçən Rieranın qeyri-sabit nəticələrə görə tənqidlərin hədəfinə çevrildiyi qeyd olunub.

Məlumata əsasən, Frankfurt rəhbərliyi artıq yeni namizədlər üzərində işə başlayıb.

Klubun baş məşqçi namizədləri arasında "Fənərbağça"dan ayrılan Domeniko Tedeskonun adı ön plana çıxır.

Bundesliqa təcrübəsi olan italyan mütəxəssisin bu təklifə müsbət yanaşdığı bildirilir. Məlumatda qeyd olunur ki, Frankfurt rəhbərləri Domeniko Tedesko ilə görüş təyin ediblər. Tərəflər arasındakı təmasların yaxın günlərdə sürətlənəcəyi bildirilir.

Məlumat üçün bildirək ki, Domeniko Tedesko bu mövsüm "Fənərbağça"ya ümumilikdə 45 oyunda rəhbərlik edib. İtalyan mütəxəssis sarı-lacivərdli komanda ilə 26 qələbə, 12 heç-heçə və 7 məğlubiyyət əldə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR