İnsanlara hürriyət, millətlərə istiqlal!

Film kimi hadisə: 200 min dollarlıq brilyantı ZİBİLLİYƏ ATDI VİDEO

1206 10.05.2025 19:00 Region A A

İstanbulun Fatih rayonunda bir zərgərlik mağazasının işçisi mağazanın tullantılarını atarkən içərisində təxminən 200 min dollar dəyərində brilyant olan paketi də səhvən zibilliyə atıb.

Musavat.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. 

Hadisə mayın 6-da Fatih rayonunun Molla Fenari məhəlləsində baş verib.

Qısa müddət sonra həmin ərazidən keçən kağız toplayan şəxs paketi götürərək oradan uzaqlaşıb. Mağaza sahibi məhsullarda çatışmazlıq olduğunu anlayaraq polisə müraciət edib. Polis təhlükəsizlik kameralarını araşdıraraq qısa zamanda şübhəli şəxsi taparaq saxlayıb. Araşdırmalardan sonra o, sərbəst buraxılıb. Təxminən 200 min dollar dəyərində olan brilyantlar isə tam şəkildə zərgərlik mağazasının sahibinə təhvil verilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR