İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan Rusiyanın göndərdiyi “seçiciləri” hərbi toplanışa cəlb etdiyini rəsmən açıqladı

567 05.06.2026 09:25 Siyasət A A

Ermənistan Müdafiə Nazirliyi bu günlərdə ölkəyə qayıdan vətəndaşlara 25 günlük hərbi təlim üçün çağırışlar göndərdiyini təsdiqləyib.

Musavat.com xəbər verir ki, Rusiyanın sabahkı seçkilərdə öz adamlarına sıs vermək üçün göndərdiyi Ermənistan vətəndaşlarının hərbi toplanışa cəlb olunduğuna dair iddialar bir neçə gün idi səslənirdi. Ermənistan Müdafiə Nazirliyi Telegram kanalında məlumatın doğru olduğunu rəsmən elan edib: "Ermənistan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polisi, qanunla ona verilən səlahiyyətlər çərçivəsində Ermənistan Respublikasının sərhəd keçid məntəqələrində də daxil olmaqla, öz vəzifələrinin yerinə yetirilməsini təmin etmək üçün hərbi komissarlıqlara hərbi xidmətə cəlb olunan vətəndaşların qeydiyyatı, məcburi hərbi xidmətə çağırılması və ehtiyatda olanların təlim fəaliyyətlərinə cəlb edilməsi prosesində dəstək verməyə yönəlmiş xidmət göstərir".

Qeyd edək ki, bir neçə gün əvvəl Reuters Rusiyanın öz ərazisindəki 100 min Ermənistan vətəndaşını seçkilərdə Moskvanın namizədlərinə səs vermələri şərtilə vətənlərinə gediş-gəlişini təşkil etdiyinə dair məlumat yayıb. Bildirilirdi ki, bu işin təşkilinə Rusiya 50 milyon dollar vəsait ayırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR