İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın hava müdafiəsinə 6,6 milyard avro - Orbanın sonuncu vetosu da aradan qalxdı

335 05.06.2026 09:38 Siyasət A A

Macarıstanın yeni hökuməti Ukraynaya hərbi yardım göstərmək üçün Avropa Sülh Fondundan istifadəyə razılıq verib.

Musavat.com-un məlumatına görə, bu barədə "Nepszava" qəzeti öz mənbələrinə istinadən məlumat verib. Qəzetin yazdığına görə,  təxminən 6,6 milyard avro məbləğində bloklanmamış vəsait Ukrayna ordusu üçün hava hücumundan müdafiə sistemlərinin alınmasına sərf olunacaq.

Qeyd edək ki, Macarıstanın əvvəlki baş naziri Viktor Orban 2024-cü ilin martından bəri həmin vəsaitlərin ayrılmasına veto tətbiq etmişdi.

Qəzet yazır ki, bu, Macarıstanın Ukraynaya dair son vetosu idi.  Avropa Sülh Fondunun vəsaitlərindən Ukrayna Silahlı Qüvvələri üçün silah almaq qərarı Brüsseldəki Aİ-nin daimi nümayəndələri səviyyəsində qəbul edilib. Növbəti addımda, bu fonddan məsul olan Avropa Xarici Fəaliyyət Xidməti, Aİ Şurası tərəfindən təsdiqlənəcək bir tənzimləmə layihəsi hazırlayacaq.

12 apreldə keçirilən parlament seçkilərində Tisza partiyasının qələbəsindən sonra hakimiyyətə gələn Peter Magyarın rəhbərlik etdiyi yeni Macarıstan hökuməti Avropa Sülh Fonduna fərqli mövqe tutub və onun vəsaitlərinin Ukrayna Silahlı Qüvvələrini dəstəkləmək üçün istifadə edilməsinə etiraz etməyib. Eyni zamanda Ukraynaya silah və ya əsgər göndərməyəcəyini bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR