İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada narkotik istifadəsinə görə cərimələr 3 dəfəyə yaxın artırılır

334 17.12.2025 00:08 Dünya A A

Fransada narkotik istifadəsinə görə cərimələr 200 avrodan 500 avroya qədər artırılacaq.

Musavat.com xəbər verir ki, məlumatı Fransa Prezidenti Emmanuel Makron regional "La Provence" qəzetinin oxucuları ilə görüşündə açıqlayıb. Onun sözlərinə görə, bu addım narkotik cinayətkarlığına qarşı mübarizə kampaniyasının bir hissəsidir: "Bu cərimələri 500 avroya qədər artıracağıq, çünki insanların pul kisəsindən vurmaq lazımdır ki, narkotik üçün xərcləyəndə nəticəni düşünsünlər. Çünki narkotik istifadə etmək əyləncəli deyil. Bunu insanlara aydın şəkildə çatdırmasaq, hədəfi əldən verəcəyik. Mən bir qismin gənclərə yas tutduğu vaxtda digərlərinin narkotik almağın əyləncəli olduğunu düşünməsindən boğaza yığılmışam".

İkinci tədbir cərimə yığımını artırmaqdır. Prezidentin sözlərinə görə, bu, "qeyri-qənaətbəxş səviyyədədir". Buna görə də ədliyyə və maliyyə xidmətlərinə kömək etmək üçün "respublikaçı komissarlar" təyin ediləcək və onların bu rəqəmləri yaxşılaşdırması gözlənilir. Makron həmçinin qeyd edib ki, cinayətkar dəstə liderlərinin yaşadığı digər ölkələrə səfərlər edərək narkotik satıcılarının əmlakının müsadirəsini bu ölkələrin rəhbərliyi ilə müzakirə etmək niyyətində olduğunu deyib.

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR