Xalq artisti Gülyanaq Məmmədovanın kiçik oğlu Uğur yaşadıqları binanın həyətində qonşular üçün konsert proqramı təşkil edib.
Musavat.com xəbər verir ki, bununla bağlı görüntüləri Xalq artistinin bacısı Gülyaz Məmmədova sosial şəbəkə hesabında paylaşıb.
O bildirib ki, Gülyanaq Məmmədovanın bu sürprizdən əvvəlcədən xəbəri olmayıb. Müğənni tədbirə tələsdiyi halda, oğlunun təşkil etdiyi konserti yarımçıq qoymayıb və qonşularla birlikdə proqramı izləyib. Bu səbəbdən o, bir tədbirinə qatıla bilməyib, digərinə isə gecikib.
"Övladımın bu xoş sürprizi daha önəmli idi. Bu, həm məni, həm də mehriban qonşularımızı çox məmnun etdi", – deyə Gülyanaq Məmmədova bildirib.
Qeyd edək ki, Xalq artisti Gülyanaq Məmmədovanın dörd övladı var.
Şahanə Rəhimli
Musavat.com






