İnsanlara hürriyət, millətlərə istiqlal!

Gümrüdə kilsələrə kəşfiyyat nəzarəti: katolikosun adının çəkilməsinə qadağa

304 04.12.2025 21:18 Siyasət A A

Gümrüdə Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları kilsələrə daxil olaraq nəzarəti gücləndirib. 

Musavat.com xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Karapet Poqosyan sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, SNB əməkdaşları əvvəlcə “Surb Amenaprkiç”, daha sonra isə “Surb Akop” kilsəsində görülüb.

Bundan öncə Gümrüdəki “Surb Akop Mtsbneci” kilsəsinin keşişi Ruben Qasparyan açıqlama verərək bildirib ki, SNB nümayəndələri ondan Liturgiya zamanı Katolikosun adını çəkməməyi tələb edib.

Hadisə Ermənistanda kilsə–dövlət münasibətləri ətrafında artan gərginliyin fonunda rezonans doğurub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR