Marneuli rayonunun Qızılhacılı kəndində itkin düşən 83 yaşlı kişinin meyiti tapılıb.
Musavat.com xəbər verir ki, yanvarın 18-də ov məqsədilə evdən çıxan Fəhrad Namazovdan xəbər almaq mümkün olmayıb. Yerli sakinlər tərəfindən onun axtarışına başlanılıb.
Bu gün səhər saatlarında keçirilən axtarışlar zamanı F. Namazovun meyiti kənd ərazisində aşkarlanıb.
Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.
Şahanə Rəhimli
Musavat.com






