İnsanlara hürriyət, millətlərə istiqlal!

Hadiseyə 50 min ödəyəcək

835 26.12.2025 19:00 Şou-biznes A A

Müğənni Hadise YouTube kanalında özü barədə təhqiramiz ifadələr səsləndirərək şəxsi hüquqlarına hücum edildiyi iddiası ilə idman şərhçisi Ahmet Çakar barəsində qaldırdığı məhkəmə iddiasını qazanıb.

Musavat.com xəbər verir ki, Hadise 15 dekabr 2024-cü ildə YouTube-da yayımlanan “İbrahim Selim ile Bu Gece” adlı verilişin qonağı olub.

Proqram zamanı aparılan qarşılıqlı söhbətdə müğənni keçmiş münasibətlərindən və ayrılıq proseslərindən danışıb.

Bundan sonra Ahmet Çakar “Çakırkeyf” adlı YouTube proqramında Hadisenin bu açıqlamalarını əsas gətirərək tanınmış müğənni barəsində şəxsi hüquqlara xələl gətirən ifadələr işlədib. Məhkəmə isə Hadisenin iddialarını haqlı sayaraq onun xeyrinə qərar verib.

Beykoz Rayon Mülki Məhkəməsində baxılan iş üzrə qərar iclasında nə Hadise, nə də Ahmet Çakar iştirak edib. Hər iki tərəfi məhkəmədə vəkilləri təmsil edib.

Məhkəmə Hadisenin iddiasını təmin edərək, Ahmet Çakarın 50 min lirə məbləğində mənəvi təzminat ödəməsinə qərar verib. Qərara əsasən, Ahmet Çakar bu məbləği hadisənin baş verdiyi 15 dekabr 2024-cü ildən etibarən hesablanacaq qanuni faizi ilə birlikdə Hadiseyə ödəyəcək.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR