İnsanlara hürriyət, millətlərə istiqlal!

Hadrutda 4,6 milyon manatlıq layihə...

861 19.08.2025 23:19 Ölkə A A

Azərbaycanın azad edilmiş ərazilərində tikinti-quraşdırma, bərpa işləri mərhələli şəkildə davam etdirilməkdədir.

Bu işlərin davamı kimi Xocavənd rayonunun Hadrut qəsəbəsində infrastruktur binasının tikintisi və çoxmənzilli yaşayış binalarının təmiri işləri aparılacaq.

Belə ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı müvafiq işlərə başlayıb.

Dövlət xidməti hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.

Eyni zamanda qeyd olunan işlərin 4,6 milyon manata başa gələcəyi proqnozlaşdırılıb.//Milli.Az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR