İnsanlara hürriyət, millətlərə istiqlal!

SSRİ-nin sonuncu qulduru - qatil “Qara delfin”dən sağ çıxa bilməyib

2717 26.06.2026 21:47 Yaxın tarix A A

SSRİ-nin sonuncu qulduru Sergey Maduyev 1956-cı ildə qadın cəza koloniyasında dünyaya göz açıb. Koreyalı anası spekulyasiyada, çeçen atası sovet deportasiyasına müqavimət göstərməkdə ittiham olunaraq məhkum ediliblər. Oğlan doğulanda ona Əli adı qoyulub. Valideynlərinin cəzası beş il sonra başa çatıb. Azadlığa çıxan kimi onun valideynləri boşanıblar. Ata Əlinin böyük qardaşları ilə birlikdə

Çeçenistana gedib, ana, oğlan və digər iki uşaq Valixanovo kəndinə köçüblər.

0b6b88f5-56c5-429f-85e3-88f8a615b6bc.jpeg (107 KB)

Əli sonralar anasının əxlaqsız həyat tərzi sürdüyünü, çox içki içdiyini və evə qəribə kişilər gətirdiyini deyib. Bir gecə qadının içki içən dostları uşaqları evdən qovduqda, uşaq qonşunun silahını oğurlayıb və qonaqları evindən qovmaq üçün onlara hədə-qorxu gəlib. İlk cinayətini altı yaşında törədən Əli yeməyə heç nə olmadığı üçün özünü, qardaşını və bacısını doyurmaq məqsədilə oğurluq etməyə başlayıb.
1974-cü ilin avqustunda artıq adını dəyişərək Sergey qoyan Əli ələ keçib. Maduyev bir müddət bacısı ilə yaşayıb və 17 yaşına çatanda ilk dəstəsini yaradıb. Cinayətkar qrupun bütün üzvləri, hətta daha yaşlıları belə, yetkinlik yaşına çatmayan liderə sorğu-sualsız itaət ediblər. Dəstə üzvləri maşınları oğurlayıb və sökərək ehtiyat hissələrini satıblar.

Sonra onlar vətəndaşları da soymağa başlayıblar. Özlərini rahat hiss etdikləri üçün Kaskelen istehsalat və mühasibat şöbəsinin kassasına girib 60 min rublu götürüb aradan çıxıblar. Daha bir neçə soyğundan sonra milis cinayətkarları ciddi şəkildə axtarmağa başlayıb. İşlər çətinləşəndə Sergey Qafqaza qaçıb, əlbirləri isə tutulub. Tezliklə Maduyev sayıqlığını itirib və Kaskelendə bacısının yanına qayıdıb. O, yatarkən milis Saqınjan Beybolulı Asıl-Keney evə gələrək onu həbs edib. Məhkəmə Maduyev və onun əlbirlərini 6 il müddətinə azadlıqdan məhrum edib.

4ff76f0c-f070-4a1c-a473-45dea04e341a.jpeg (107 KB)

Azadlığa çıxdıqdan sonra Maduyev onu həbs edən milisə yaxınlaşaraq iş tapmaqda kömək istəyib. Mayor Asil-Keney o dövrdə artıq milis idarəsinin rəis müavini olub. Keçmiş milisin xatırladığı kimi, Maduyev hətta onlara bir neçə işin həllində kömək edib. Quldur mayora heç bir cinayət törətməyəcəyinə söz verib. Lakin o, yalnız Almatı bölgəsini nəzərdə tutub. Nəticədə, 1981-ci ildə mayorun özü Qazaxıstan SSR Daxili İşlər Nazirliyinə çağırılıb. Məlum olub ki, cinayətkar dəstə Semipalatinsk, Pavlodar, Tomsk, Omsk və Barnaulda bir neçə bankı qarət ediblər. Quldurlar təbii ki, qısa müddətdə həbs olunub.
Bu dəfə Maduyev 12 illik həbs cəzası alıb və həbsxanada özünü "qanuni oğru" adlandırıb. Hədd bilməzliyinə və “sxodkalara” hörmət etmədiyinə görə Daşkənd və Tiflisdən olan “qanuni oğrular” onun ölümünə fərman veriblər. Lakin Maduyev onu öldürmək istəyən 12 cinayətkardan qaça bilib. Bundan sonra insanlar ondan qorxmağa başlayıblar və o, müəyyən dərəcədə hörmət qazanıb.

2e078757-b8ea-41c5-be47-f91a2316b796.jpeg (62 KB)

S.Maduyev qətllər törətməyə başlayıb. Həştərxan vilayətində qanqsterlər soyğun zamanı bir ailəni güllələyib, Leninqradda çoxlu şahid kütləsinin qarşısında Maduyev onu təhqir edən mühafizəçini öldürüb. Daha sonra qanqster Daşkəndə qaçıb. 1990-cı ildə o və Çernışev yerli cinayətkar avtoritetin evinə basqın ediblər. Ev sahibi ov tüfəngindən atəş açaraq Çernışevi yaralasa da, Maduyev “avtoriteti” və onun əlaltısını öldürüb. Onun ürəyi soyumayıb, ev sahibinin anasını da qətlə yetirib. Növbəti gün Maduyev Daşkənd dəmiryol stansiyasında milislər tərəfindən saxlanılıb.

Maduyev bu vəziyyətdən çıxmağı da bacarıb. İfadəsində əlbirlərini satıb, 60 silahlı soyğunçuluq aktı törətdiiyini və 10-dan çox şəxsi qətlə yetirdiyini etiraf edib. Dövlət Təhlükəsizlik Komitəsi işi öz üzərinə götürüb və istintaqın bir hissəsi olaraq Maduyevin Moskvaya köçürülməsi planlaşdırılıb.

feffff4e-5b79-4cc8-8d05-9d3db90d03ec.jpeg (102 KB)

Mühafizəçilər onun dalınca gələndə quldur tapançasını çıxarıb, tavana atəş açıb və hamıya yerə uzanmağı əmr edib. Qaçmağa çalışarkən həbsxana mühafizəçiləri onu tuta bilib. Sergey Madyuev ölüm hökmünə məhkum edilib. Lakin istintaq davam edərkən ölüm hökmünə moratorium qoyulub. Buna baxmayaraq, qatilin həbsxana həyatı qısa olub. Rəsmi məlumata görə, 10 dekabr 2000-ci ildə o, “Qara delfin” həbsxana koloniyasında ürək-damar çatışmazlığından vəfat edib.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR