Ankaranın müharibənin Türkiyəyə yayılmasının qarşısını almaq gücünə qadirdir.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İran-ABŞ-İsrail müharibəsinin coğrafiyasının genişlənməsi və Türkiyəyə yayılma ehtimalı ilə bağlı sualı cavblandırarkən deyib.
"Mən İran məsələsindən asılı olmayaraq danışıram. Türkiyə hər zaman özünü müdafiə edəcək. Bizim bunu etmək üçün həm iradəmiz, həm də qabiliyyətimiz var", -Hakan Fidan bildirib.
İrandan Türkiyəyə yeni bir miqrasiya dalğasının ehtimalı ilə bağlı məsələyə aydınlıq gətirən nazir Fidan deyib ki, ötən ilin iyun ayından bəri Xarici İşlər Nazirliyinin koordinasiyası altında Daxili İşlər Nazirliyi, AFAD, Qızıl Aypara, Müdafiə Nazirliyi, Milli Kəşfiyyat Təşkilatı və digər müvafiq qurumlarla koordinasiyalı şəkildə fəaliyyət göstəririk:
“Biz hər cür planlar hazırlayırıq. Xalqımız bu məsələdə arxayın olmalıdır. Bizim lazımi resurslarımız və planlarımız var. Hazırda İran öz vətəndaşlarının sərhədi keçməsinə icazə vermir. Buna görə də hazırda İrandan bizə heç kim gəlmir”./Ölkə.az






