İnsanlara hürriyət, millətlərə istiqlal!

Hava bu tarixdən kəskin DƏYİŞİR: yağış yağacaq

7769 01.12.2025 08:45 Ölkə A A

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Havanın temperaturu gecə 9-13° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 80-85 %, gündüz 70-75 % olacaq.

Azərbaycanın rayonlarında qərb rayonlarından başlayaraq bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8° isti, gündüz 12-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-6° isti olacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR