Musavat.com xəbər verir ki, terror təşkilatı YPG/SDG-nin Suriyanın Hələb şəhərinin Şeyx Maksud məhəlləsində yerləşən Hasan məscidindən hərbi qərargah kimi istifadə etdiyi görüntülənib.
Məlumata görə, məscidin içərisindən snayperlər vasitəsilə şəhər mərkəzi və mülki şəxslər hədəfə alınıb. Bildirilir ki, ibadətgah terror qruplaşması tərəfindən hərbi mövqe kimi istifadə olunub.
Qeyd olunur ki, Suriya ordusunun apardığı əməliyyatlardan sonra ərazi mərhələli şəkildə terrorçulardan təmizlənib. Hazırda bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.
Musavat.com






