İnsanlara hürriyət, millətlərə istiqlal!

Hicabsız oxuyan məşhur müğənniyə dəhşətli cəza: 74 qırmanc vurulacaq VİDEO

870 19.06.2026 14:35 Dünya A A

İranlı müğənni Parastu Əhmədi və onun prodüser komandasının 8 üzvü canlı yayımda hicabsız çıxış etdiklərinə görə 74 şallaq (qırmanc) zərbəsi cəzasına məhkum ediliblər.

Musavat.com xəbər verir ki, Böyük Britaniyanın "The Guardian" qəzetinin yaydığı məlumata görə, 29 yaşlı Əhmədi 2024-cü ilin dekabr ayında öz rəsmi "YouTube" kanalı vasitəsilə birbaşa efirdə "Az Khoone Javanane Vatan" adlı vətənpərvərlik mahnısını ifa edib.

Sənətçinin bu çıxışı qısa müddətdə sosial şəbəkələrdə virusa çevrilərək milyonlarla baxış sayı toplasa da, ifa zamanı onun başında hicabın olmaması İran hüquq-mühafizə orqanlarının və məhkəməsinin sərt reaksiyasına səbəb olub.

Məhkəmə instansiyası müğənninin bu addımını ölkədəki mövcud qanunların pozulması kimi qiymətləndirərək həm onun, həm də çəkilişdə iştirak edən komanda üzvlərinin qırmanclanması barədə qəti hökm çıxarıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR