İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan-Pakistan sərhədində atışma: Yeni Dehli 2 terrorçunun öldürüldüyünü deyir

583 14.10.2025 08:52 Hadisə A A

Hindistan Ordusu ölkənin şimalındakı Cammu və Kəşmirdə təhlükəsizlik qüvvələrinin iki terrorçunu öldürdüyünü açıqlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, hadisə Pakistanla nəzarət xəttində baş verib: "Cammu və Kəşmirin Kupvara əyalətinin Macil və Dudniyal bölgəsində nəzarət xətti boyunca iki terrorçu zərərsizləşdirilib. Axtarış əməliyyatları davam edir".

Bildirilir ki, oktyabrın 13-də axşam saatlarında təhlükəsizlik qüvvələri Kupvarada nəzarət xətti boyunca şübhəli fəaliyyət müşahidə ediblər. Rəsmilər qısamüddətli atışma baş verdiyini bildirirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR