İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldən Paşinyanın qələbəsi ilə bağlı SON DƏQİQƏ bəyanatları: Ermənistanda BU AN nə baş verir?

1504 08.06.2026 16:31 Ölkə A A

MSK-nın son rəsmi məlumatına görə, hakim "Vətəndaş Müqaviləsi" partiyası 49.825%, "Güclü Ermənistan" bloku 23.281%, "Ermənistan" bloku 9.934% səs toplayıb. Erməni iş adamı və kriminal aləmə yaxınlığı ilə tanınan Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası isə 3.996% səs yığıb. Bu məlumatlardan aydın olur ki, partiya parlamentə keçid üçün minimum həddi - səslərin 4 faizini toplaya bilməyib.


Daha öncəki məlumatlarda hakim partiyanın 61, “Güclü Ermənistan”ın 28, “Ermənistan” blokunun 11, “Çiçəklənən Ermənistan”ın isə 5 mandata sahib olacağı bildirilirdi. İndi isə Arpine Ovannisyanın qeyd etdiyinə görə, milli azlıqlar üçün nəzərdə tutulmuş mandatların bölüşdürülməsi və səslərin paylanmasından sonra parlamentdə mandatların bölgüsü aşağıdakı kimi olacaq:

“Vətəndaş Müqaviləsi” Partiyası – 64 yer, “Güclü Ermənistan” bloku – 29 yer, “Ermənistan” bloku – 12 yer.
Kreml yekun nəticələr açıqlanana qədər Ermənistan seçkiləri ilə bağlı rəsmi şərh verməkdən çəkinib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin yekun nəticələr açıqlanana qədər Ermənistan seçkilərini qiymətləndirməyəcəyini, lakin səsvermə zamanı çoxsaylı qanun pozuntuları barədə məlumatların qeydə aldığını bildirib.
"Moskva Ermənistan seçkiləri ilə bağlı bütün məlumatları, o cümlədən çoxsaylı qanun pozuntularını diqqətlə qeydə alır", - Kremlin sözçüsü vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanda baş tutan növbədənkənar parlament seçkilərinin ilkin nəticələrinə və Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvənin qələbəsinə rəsmi münasibət bildirib.

Musavat.com xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Ermənistandakı seçki prosesini kəskin tənqid edərək İrəvanda demokratik prinsiplərin kobud şəkildə pozulduğunu bəyan edib.

Zaxarova Qərb dövlətlərinin seçkilərin nəticələrinə birbaşa təsir göstərdiyini iddia edərək vurğulayıb: "Ermənistandakı seçkilər müxalifətə qarşı misli görünməmiş inzibati təzyiqlər, total qorxu mühiti və Qərb qüvvələrinin prosesə açıq, kobud müdaxiləsi şəraitində keçib".

Rusiya rəsmisi Avropa İttifaqı liderlərinin seçki günü Paşinyana verdiyi açıq dəstəyi və müxalif namizədlərə qarşı açılan kütləvi cinayət işlərini tənqid atəşinə tutub.

Moskvanın İrəvanla gələcək münasibətlərinə də toxunan Mariya Zaxarova, Kremlin bundan sonra Paşinyan hakimiyyətinə qarşı daha ciddi və praqmatik mövqe nümayiş etdirəcəyinin anonsunu verib: "Rusiya Ermənistana qarşı gələcək xarici siyasət kursunu erməni rəhbərliyinin sözlərinə deyil, atacağı real və praktiki addımlara uyğun olaraq qurmaq niyyətindədir".
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi deputat Elşad Musayevlə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR