İnsanlara hürriyət, millətlərə istiqlal!

Hraparak: Nikol Paşinyan Kilsəyə qarşı yeni göstəriş verib

708 24.06.2025 19:28 Region A A

Ermənistanda bayram münasibətilə Minillik Eçmiədzin Kilsəsində böyük bir yürüş keçirilib. Zvartnots məbədindən kilsəyə qədər təşkil olunan bu yürüşdə Erməni Apostol Kilsəsinin və müxalifət nümayəndələri iştirak ediblər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə “iqtidar nümayəndələri bu tədbiri ələ salmağa çalışsalar da, hökumətyönlü saxta profillər bir sutka boyunca sakitləşə bilməyib, bu yürüş haqqında ardıcıl şəkildə yazıblar. Qəzetin iddiasına əsasən, bu hadisə Nikol Paşinyanı ciddi şəkildə narahat edib və o, Kilsəyə qarşı başladığı mübarizəyə yeni təkan verilməsi barədə göstəriş verib. Eyni zamanda Kilsəni dəstəkləyən müxalifətçilərlə də ciddi şəkildə məşğul olmağı tapşırıb. Yaxın vaxtlarda yeni və səs-küylü həbslərin baş verəcəyi istisna olunmur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR