İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Moskva xəttində yeni mərhələ: səfir mühüm detalları açıqladı - Bayramovun kritik səfəri ərəfəsində...

394 04.06.2026 19:52 Siyasət A A

Rəhman Mustafayev: “Liderlər olmasaydı, vəziyyət daha ağır ola bilərdi”

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev SPİEF-2026 çərçivəsində keçirilən “Rusiya–Azərbaycan” sessiyasında iki ölkə münasibətlərinə dair açıqlamalar verib.

Musavat.com xəbər verir ki, səfir ötən ilin Azərbaycan-Rusiya münasibətləri baxımından asan keçmədiyini bildirib.

Rəhman Mustafayev qeyd edib ki, liderlərin səyləri nəticəsində yaranmış çətinlikləri arxada qoymaq mümkün olub:

“Bizim arxada qalan ilimiz asan keçmədi və liderlərimizin sayəsində bu vəziyyətdən çıxa bildik”.

Səfir həmçinin bildirib ki, hazırda Azərbaycan və Rusiya arasında münasibətlərin inkişafında fəal ikitərəfli mərhələ davam edir və bu prosesin uğurla başa çatacağına ümid edir.

Onun sözlərinə görə, Rusiyada təxminən 500 min Azərbaycan əsilli Rusiya vətəndaşı yaşayır, 220–230 min nəfər isə ölkədə müvəqqəti qalır. R.Mustafayev Azərbaycan diasporunun vəziyyətinin Bakı üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Səfir əlavə edib ki, Azərbaycan və Rusiya beynəlxalq platformalarda da qarşılıqlı şəkildə bir-birinin mövqelərini və namizədliklərini dəstəkləyirlər. O, həmçinin “3+3” regional əməkdaşlıq formatının Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə irəli sürüldüyünü xatırladıb.

R.Mustafayevin sözlərinə görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyul ayında Moskvaya səfər edəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR