İnsanlara hürriyət, millətlərə istiqlal!

"Hyundai"-dən tarixi qərar: Zavodlarda bu cür dəyişiklik olacaq

1207 28.06.2026 21:50 Dünya A A

Cənubi Koreyanın avtomobil nəhəngi "Hyundai" istehsalat prosesində robotların sayını kəskin artırmağa hazırlaşır.

Musavat.com xəbər verir ki, "Hyundai" konserni avtomobil istehsalı müəssisələrində 25 mindən çox insanabənzər (humanoid) robot yerləşdirməyi planlaşdırır. Layihə istehsalın avtomatlaşdırılması və məhsuldarlığın artırılması məqsədi daşıyır.

Məlumata görə, bu plan həmkarlar ittifaqlarının ciddi etirazı ilə qarşılanıb. Onlar hesab edirlər ki, humanoid robotların geniş tətbiqi minlərlə iş yerinin ixtisar olunmasına səbəb ola bilər və işçilərin hüquqlarına mənfi təsir göstərəcək.

Buna baxmayaraq, şirkət istehsal proseslərini daha səmərəli və təhlükəsiz etmək üçün robot texnologiyalarının tətbiqini davam etdirmək niyyətindədir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR