İnsanlara hürriyət, millətlərə istiqlal!

II Qaregin ifadə verməkdən İMTİNA ETDİ

466 17.02.2026 10:51 Siyasət A A

Ermənistan KİV-lərinin məlumatına görə, bütün ermənilərin katolikosu II Qaregin cinayət işi üzrə ifadə verməkdən imtina edib.

Musavat.com xəbər verir ki, məlumata görə, katolikos öz hüququndan istifadə edərək müstəntiqlə görüşdə ifadə verməkdən imtina edib.

Bundan əvvəl Ermənistan İstintaq Komitəsi II Qareginin Ermənistan Apostol Kilsəsi ilə münaqişəsində Ermənistan hökumətini dəstəkləyən yepiskop Gevork Saroyanı vəzifəsindən azad etmək qərarından sonra cinayət işi açıldığını elan edib.

Vəkil Ara Zohrabyan prokurorluğun katolikosun Ermənistanı tərk etməsini qadağan etdiyini bildirib. Erməni Kilsəsi işi "qanunsuz və siyasi motivli" adlandırıb.

Bundan əvvəl üç yeparxiyanın rəhbəri, arxiyepiskoplar Baqrat Qalstanyan və Mikael Ajapahyan, yepiskop Mkrtıç Proşyan və Eçmiədzin kanslerliyinin rəhbəri Arşak Xaçatryan müxtəlif ittihamlarla həbs olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR