İnsanlara hürriyət, millətlərə istiqlal!

İki həmkəndlinin mübahisəsi ölümlə nəticələndi - Göygöldəki qətlin təfərrüatı

1033 09.02.2026 01:07 Kriminal A A

Göygöl rayonunda dörd gün əvvəl baş verən qətlin təfərrüatı məlum olub.

Musavat.com "Report"a istinadən xəbər verir ki, Mollacəlilli kənd ərazisindəki dərədən meyiti aşkarlanan 1986-cı il təvəllüdlü Sabiq Quliyevlə hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Rasim Quliyevlə həmkəndli olublar.

Hadisə günü isə onlar bir yerdə yeyib-içiblər. Belə ki, iki sərxoş arasında baş verən mübahisə tanışlardan birinin ölümü ilə nəticələnib.

Xatırladaq ki, fevralın 4-də S.Quliyevin üzərində xəsarət izləri olan meyiti kənd ərazisində olan dərədən tapılıb.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR