İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna hərbi helikopteri qəzaya uğradı,  bütün heyət həlak oldu

1918 06.07.2026 20:31 Dünya A A

Ukrayna hərbi helikopterinin qəzaya uğraması nəticəsində heyət üzvləri həlak olub

Musavat.com xəbər verir ki, iyunun 30-da Ukraynanın Poltava vilayətində Rusiya pilotsuz uçuş aparatlarının (PUA) zərərsizləşdirilməsi üzrə döyüş tapşırığını yerinə yetirən "Mi-8" hərbi helikopteri qəzaya uğrayıb. 16-cı əlahiddə ordu aviasiya briqadasına ("Brodi") məxsus helikopterin heyət üzvlərinin hamısı faciə nəticəsində dünyasını dəyişib.

Həlak olan hərbçilər – ekipaj komandiri, kapitan Yuri Voron, pilot-şturman, mayor Valentin Mukşinov, bort texniki, baş leytenant Boqdan Xmil və hava atıcısı, kiçik çavuş Mixail Deryaqa son ana qədər öz döyüş borclarını yerinə yetirərək, Ukrayna səmasını qoruyub və döyüş qüvvələrinə dəstək veriblər. Hərbçilərlə vida mərasimi iyulun 7-də Brodi şəhərində keçirilib.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR