İnsanlara hürriyət, millətlərə istiqlal!

İlk dəfə ABŞ “Prezidenti” olacaq

876 25.02.2026 02:24 Şou-biznes A A

Hollivud ulduzu Tom Henks karyerasında ilk dəfə ABŞ Prezidentini canlandırmağa hazırlaşır.

69 yaşlı aktyor Corc Sondersin "Bardoda Linkoln" romanı əsasında çəkiləcək dram filmində ölkənin 16-cı Prezidenti Avraam Linkolnu oynayacaq.

Rejissor Dyuk Consonun rəhbərliyi ilə ərsəyə gələcək film maraqlı formatı ilə seçiləcək. Belə ki, ekran işi canlı aktyor oyunu ilə "stop-motion" animasiyasının sintezi şəklində hazırlanacaq.

Ekran işi Linkolnun 11 yaşında vəfat edən oğlu Uilyamla olan münasibətlərini və prezidentin yaşadığı dərin kədəri mövzu götürür. Maraqlı fakt odur ki, Henks anası Nensi Hanks vasitəsilə Linkolnun uzaq qohumudur və aktyor hələ məktəb illərində ulu babası haqqında inşalar yazdığını bildirib.

Qeyd edək ki, filmin istehsalına Londonda başlanılacağı gözlənilir.//Milli.Az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR