İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Mask ABŞ siyasətinə qayıdır: Respublikaçılara 10 milyon dollar dəstək

516 23.01.2026 16:37 Dünya A A

Amerikalı milyarder İlon Mask yenidən ABŞ daxili siyasətində fəal iştirak etməyə hazırlaşır və 2026-cı ildə keçiriləcək aralıq seçkilərində Respublikaçılar Partiyasının kampaniyasını maliyyələşdirməyi planlaşdırır. O, artıq Respublikaçılar Partiyasından olan Senat namizədinə 10 milyon dollar ayırıb.

Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, son həftələrdə Maskın siyasi komandası aralıq seçkilər ərəfəsində mümkün əməkdaşlıq üçün podratçılarla bir sıra görüşlər keçirib. Bu görüşlərdə əsas diqqət rəqəmsal texnologiyalar, onlayn kampaniyalar və kütləvi SMS bildirişləri üzrə mütəxəssislərə yönəlib.

Məlumata əsasən, Maskın məqsədi respublikaçıların seçki kampaniyasını müasir texnoloji həllərlə gücləndirmək, xüsusilə sosial media və rəqəmsal platformalar üzərindən seçicilərə daha effektiv şəkildə çatmaqdır. Mənbələr bildirir ki, bu strategiya 2026-cı il seçkilərində respublikaçıların mövqelərini möhkəmləndirməyə yönəlib.

Eyni zamanda qeyd olunur ki, Maskla ABŞ prezidenti Donald Tramp arasında münasibətlər son aylarda xeyli yumşalıb və tərəflər arasında siyasi əməkdaşlığın bərpası istisna edilmir. Bu da Maskın ABŞ siyasətində daha aktiv rol oynayacağından xəbər verir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR