İşğaldan azad olunan Ağdamda bərpa və quruculuq işləri sürətlə davam edir. Vaxtilə viran qoyulan şəhər bu gün yeni sima qazanır, genişmiqyaslı tikinti və abadlıq işləri nəticəsində günü-gündən gözəlləşir.
Artıq rayonda inşa edilən yaşayış evlərinin sayı artır, onlardan bir qismi istifadəyə verilib və doğma yurdlarına qayıdan sakinlərin ixtiyarına verilib. Ağdamın müxtəlif ərazilərində müasir yaşayış məhəllələri, sosial obyektlər və infrastruktur layihələri həyata keçirilir.
Bununla yanaşı, rayonda yaşıllaşdırma işləri də intensiv şəkildə aparılır. Minlərlə zeytun və digər ağac növləri əkilir, yeni yaşıllıq zolaqları salınır. Görülən işlər Ağdamın əvvəlki şöhrətini özünə qaytarmaqla yanaşı, onu müasir və ekoloji cəhətdən dayanıqlı şəhərə çevirməyi hədəfləyir.
Ağdamda aparılan genişmiqyaslı quruculuq işləri Böyük Qayıdış proqramının uğurla icra olunduğunu bir daha nümayiş etdirir.
Musavat.com bununla bağlı görüntüləri təqdim edir.
Şahanə Rəhimli
Musavat.com






