İnsanlara hürriyət, millətlərə istiqlal!

İqtisadiyyatda qənaətdən danışan Tramp Ağ Evdə 400 milyonluq zal tikdirir

353 17.12.2025 17:45 Dünya A A

ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə inşa olunacaq yeni bal zalının dəyəri 400 milyon dollar olacaq.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Tramp dekabrın 16-da Hanuka münasibətilə keçirilən qəbul zamanı bildirib.

ABŞ prezidentinin sözlərinə görə, bu zal gələcəkdə inaqurasiya mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulacaq.

“150 ildir ki, "bal zalı" arzulayırdılar. Bu, ən gözəl zal olacaq və inaqurasiyalar üçün istifadə ediləcək”, — deyə Tramp bildirib.

O qeyd edib ki, adətən ABŞ Kapitoliyində keçirilən inaqurasiya mərasimləri tez-tez təhlükəsizlik və hava şəraiti ilə bağlı problemlərlə müşayiət olunur.

“Təhlükəsizlik baxımından biz bunu daha yaxşı edə bilərik”, — deyə Tramp vurğulayıb.

Prezidentin sözlərinə görə, "bal zalı"nda təxminən 13 santimetr qalınlığında, “yalnız haubitsa ilə deşilə bilən” gülləkeçirməz şüşə pəncərələr quraşdırılacaq.

Həmin gün ABŞ-də Milli Tarixi İrsin Qorunması Fondu tərəfindən qaldırılmış iddia üzrə işi araşdıran federal hakim layihə üzrə işlərin dayandırılması barədə qərar çıxarmayıb, çünki məhkəmə prosesi hələ davam edir.

“Bu işdə düzgün qərar vermək üçün cəsarət göstərən hakimə təşəkkür edirəm”, — deyə Tramp əlavə edib.

Qeyd olunur ki, "bal zalı"nın təklif olunan dəyəri zamanla artıb — əvvəlcə 200 milyon dollar olaraq səsləndirilən məbləğ sonradan Trampın verdiyi son qiymətləndirməyə qədər yüksəlib. Layihənin miqyası da genişlənib: əvvəl Tramp tikintinin mövcud binaya mane olmayacağını desə də, daha sonra şərq qanadının tamamilə sökülməsi qərarına gəlib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR