İnsanlara hürriyət, millətlərə istiqlal!

İran-İsrail savaşının gizli qalibləri və məğlubları-sürpriz adlar

683 10.06.2026 13:56 Dünya A A

Tarixdə bütün müharibələrin görünən tərəfi ilə yanaşı, görünməyən tərəfləri də olur. ABŞ və müttəfiqi İsrailin İrana qarşı başlatdığı savaş da bu silsilədəndir. Bu qarşıdurma rəsmi olaraq hərbi əməliyyatlar, raket hücumları və diplomatik bəyanatlarla müşayiət olunsa da, faktiki savaşın pərdəarxası məqamlarının olduğu mütləqdir.
Tarix onu da göstərir ki, silahların susduğu və ya atəşkəsin əldə olunduğu hər qarşıdurmadan sonra əsas sual yalnız “kim qalib gəldi?” olmur. Bəzən daha vacib sual meydana çıxır ki, bu müharibədən ən çox kim qazandı və ya itirdi?”
 Bir tərəfdən İran və İsrail öz cəmiyyətlərinə uğur hekayəsi təqdim etməyə çalışırlar, digər tərəfdən isə ABŞ, 
Yaxın Şərqdə son aylarda yaşanan hadisələr də istisna deyil. Bir tərəfdən İran və İsrail öz cəmiyyətlərinə uğur hekayəsi təqdim etməyə çalışırlar, digər tərəfdən isə ABŞ, Rusiya, Çin, Avropa İttifaqı, ərəb ölkələri və enerji bazarları baş verənləri öz maraqları prizmasından dəyərləndirirlər. Müharibə meydanında əldə olunan nəticələrlə geosiyasi masada qazanılan dividendlər isə heç də həmişə üst-üstə düşmür.
iran israil

ABŞ-İsrail və İran arasındakı qarşıdurmanın gizli qalibləri kimlərdir? ABŞ regiondakı mövqeyini gücləndirə bildimi? İsrail təhlükəsizlik baxımından istədiyinə nail oldumu? Bu prosesdən Rusiya və Çin nə qazandı, nə itirdi? Neft bazarında baş verən dəyişikliklərdən ən çox kim yararlandı? Bir sözlə bu müharibənin əsl qalibləri və məğlubları kimlərdir?
Ədalət partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-da bildirdi ki, İsrail-ABŞ cütlüyünün İrana qarşı başladığı müharibə tərəflərin özünü qalib etməsi ilə aktiv mərhələsini geridə qoyub: “Bu müharibədə məğlub yoxdur. Bu isə o deməkdir ki, münaqişə başa çatmış sayıla bilməz. Görünür, iştirakçıların və ya hansısa qüvvələrin maraqları müharibənin dayandırılmasını zəruri edib. Xüsusilə, ABŞ-də payızda Konqresə keçiriləcək aralıq seçkiləri Trampı bu müharibədən çəkinməyə vadar edir. Çünki Amerika xalqı İranla müharibə istəmir. Əks halda Trampı seçkilərdə böyük məğlubiyyət gözləyir.

Mütəllim Rəhimli Ədalət Partiyasından xaric edildi

İsrail və ABŞ-nin İranla başladığı müharibənin bir çox ölkələr üçün yeni fürsətlər yaratdığını da deyə bilərik. Müharibə nəticəsində neftin qiymətinin qalxması Rusiyaya qarşı embarqonun müvəqqəti də olsa dayandırılması ilə nəticələndi. Bu Rusiyaya nəfəslik verdi. Neft ölkələri böyük pullar qazandılar. Çin özünün əsas rəqibi olan Birləşmiş Ştatlarla İran ərazisində dolayısı ilə müharibə etdi. Onun hərbi texnologiyasına və hərbi gücünə bələd oldu. Öz silahlarını praktiki olaraq sınaqdan keçirdi. Üstəlik, ABŞ-nin dünyada hər zaman qələbə qazanan imici darmadağın edildi. Müharibə həm də Avropa İttifaqının ABŞ-ni müdafiə etmədiyini göstərdi. Dünyada demokratik dəyərləri bölüşən və vahid təhlükəsizlik buferi formalaşdıran ABŞ ilə Avropanın arasında ilk dəfə olaraq kəskin fikir ayrılığı yarandı. Nəticədə İsrail gözədiyi uğuru əldə edə bilmədi. İsrailə davamlı qələbələrin yaratdığı baş gicəllənməsinin acı dərsləri verildi. Təhlillər göstərir ki, Böyük Britaniya bu müharibədə ən çox qazanan ölkə oldu. Bu ölkə bir daha sübut etdi ki, dünyanın yeni xəritəsi onun iştirakı olmadan çəkilə bilməz. Belə ki, Avropanı ABŞ-nin arxasınca getməyə qoymadı, İranın məğlubiyyətinin qarşısını aldı, İsrailin təsirini məhdudlaşdırdı, dünyanın iki super gücü olan ABŞ və Çini qarşı-qarşıya qoydu, onların arasına tezliklə aradan qaldırıla bilməyəcək nifrət və qisasçılıq toxumu səpdi”.

Cavanşir Abbaslı,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR