İnsanlara hürriyət, millətlərə istiqlal!

İran müharibəsində ABŞ-yə ağır zərbə-milyard dollarlar...

489 01.05.2026 13:50 Dünya A A

Yaxın Şərqdə davam edən müharibə fonunda ABŞ-ın hərbi itkiləri ilə bağlı yeni məlumatlar açıqlanıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Al Jazeera kanalının yaydığı məlumata görə, ABŞ İranla müharibədə 2,3–2,8 milyard dollar dəyərində hərbi texnika itirib.Məlumata əsasən, bu qiymətləndirmə Vaşinqtonda yerləşən “Center for Strategic and International Studies” tərəfindən aparılıb və hesablamaları təşkilatın müdafiə və təhlükəsizlik üzrə eksperti Mark Kansian həyata keçirib.
Bildirilir ki, ABŞ müdafiə naziri martın 26-da keçirilən iclasda ölkəsinin İrana qarşı hərbi uğurlarından danışsa da, artıq növbəti gün İranın raket və pilotsuz aparat hücumları nəticəsində Səudiyyə Ərəbistanı ərazisində yerləşən ABŞ bazasına zərbə endirilib. Hücum nəticəsində bir neçə hərbçi yaralanıb və təxminən 700 milyon dollar dəyərində erkən xəbərdarlıq təyyarəsi məhv edilib.
Araşdırmaya görə, ABŞ-ın itkiləri təkcə bu hadisə ilə məhdudlaşmayıb. İranın raket və dron hücumları, eləcə də bəzi hallarda “dost atəşi” nəticəsində müxtəlif hərbi texnikalar sıradan çıxarılıb.
Belə insidentlərdən biri martın əvvəlində Küveyt ərazisində baş verib və burada üç ədəd F-15 qırıcı təyyarəsi səhvən vurulub. Ən ciddi itkilərdən biri isə THAAD sisteminə aid radiolokasiya qurğularının məhv edilməsi ilə bağlıdır. Bu sistemlər raket və bəzi hipersəsli hədəflərin aşkarlanması üçün istifadə olunur. Məlumata görə, ən azı bir, bəzi iddialara görə isə iki belə sistem sıradan çıxarılıb və zərərin həcmi 485 milyon ilə 970 milyon dollar arasında qiymətləndirilir. Qeyd olunur ki, bu hesablamalara ABŞ-ın regiondakı bütün bazalarında dəyən ziyan və dəniz qüvvələrinə məxsus texnika daxil edilməyib. Bu isə real itkilərin daha yüksək ola biləcəyini göstərir.
Ekspertlər bildirir ki, ABŞ bazalarına dəymiş ziyanı tam qiymətləndirmək çətindir. Çünki Planet Labs şirkəti ABŞ hökumətinin tələbi ilə müharibə başlayandan sonra peyk görüntülərinə ictimai çıxışı məhdudlaşdırıb. Beləliklə, ilkin hesablamalar ABŞ-ın İranla müharibədə ciddi hərbi və maliyyə itkiləri ilə üzləşdiyini göstərir.
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR