İran nüvə enerjisi istehsalını kəskin şəkildə artırdığını açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə İran parlamentinin Enerji Komissiyasının sədri Musa Əhmədi məlumat verib.
Onun sözlərinə görə, hazırda fəaliyyət göstərən Buşehr Atom Elektrik Stansiyası təxminən 1000 meqavat elektrik enerjisi istehsal edir. Əhmədi qeyd edib ki, bu göstərici İranın artan enerji tələbatının ödənilməsində mühüm rol oynayır.
Parlament rəsmisi əlavə edib ki, ölkənin nüvə potensialını genişləndirmək məqsədilə 2000 meqavat gücündə yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı planlar hazırlanır.
Musavat.com






