İran İsfahanda nüvə və strateji obyektlərin qorunması və genişləndirilməsi istiqamətində işləri davam etdirir.
Musavat.com “Azad İran”a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Elm və Təhlükəsizlik İnstitutu peyk görüntüləri yayıb.
Peyk şəkilləri və yerli mənbələrin məlumatına görə, orta və cənub girişlər torpaqla doldurulub, şimal giriş isə ötən ilin iyun hücumlarından sonra yenidən tikilərək möhkəmləndirilib.
Əlavə qoruma məqsədilə torpaq doldurma işləri damperli maşınlarla davam etdirilir.
Eyni zamanda, peyk görüntüləri dağıdılmış binalarda yenidən tikinti işlərinin aparıldığını göstərir. Bildirilir ki, Taleqan-2 obyektində beton sarkofaq (qoruyucu konstruksiya) demək olar ki, tamamlanıb və bu, obyekti hava zərbələrinə qarşı əlavə müdafiə ilə təmin edir.
Bundan başqa, yaxınlıqda uzun müddət istifadəsiz qalmış hava hücumundan müdafiə obyektində işlər bərpa olunub, əraziyə iki yeni hava müdafiə qurğusu yerləşdirilib.
Musavat.com






