İnsanlara hürriyət, millətlərə istiqlal!

MOSSAD və MKİ-dən İrana qarşı ŞOK PLAN: Tehrana qarşı "Kürd kartı" İŞƏ SALINDI

748 05.06.2026 16:35 Dünya A A

İsrailin “Channel 12” telekanalı Mossad kəşfiyyatının HƏMAS və Hizbullah qruplaşmalarından müsadirə etdiyi silahların bir hissəsini İrana qarşı fəaliyyət göstərən kürd qüvvələrinə təhvil verdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, telekanalın yaydığı məlumata görə, bu addım Tehran rejimini daxildən zəiflətmək və ona qarşı təzyiq imkanlarını artırmaq məqsədi daşıyan genişmiqyaslı strategiyanın tərkib hissəsidir.

Məxfi hesabatlarda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) də İran hökumətinə qarşı kürd silahlı qüvvələrindən istifadə olunmasını nəzərdə tutan xüsusi planın hazırlanmasında yaxından iştirak etdiyi bildirilir. Lakin regionda gərginliyi artıra biləcək bu plan sonradan ABŞ prezidenti Donald Trampın qərarı ilə dayandırılıb və tam icra olunmayıb.

Qeyd edək ki, sözügedən sensasion məlumatlar "Khabar Online" agentliyi tərəfindən tirajlanıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR