İnsanlara hürriyət, millətlərə istiqlal!

İran sahilləri yaxınlığında gərginlik – yük gəmisi atəşə tutuldu

716 04.05.2026 00:09 Dünya A A

İran sahilləri yaxınlığında bir yük gəmisinə hücum edildiyi bildirilir.

Musavat.com xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Məlumata görə, gəminin kapitanı bir neçə kiçik gəminin ona hücum etdiyini bildirib. Hadisə İran sahillərinə yaxın ərazidə baş verib və hücumun detalları hələlik açıqlanmır.

Rəsmi məlumatlarda qeyd olunur ki, ekipaj üzvləri təhlükəsizdir və xəsarət alan yoxdur. Eyni zamanda, insident nəticəsində ətraf mühitə hər hansı zərərin dəymədiyi vurğulanır.

Hadisənin səbəbləri və hücumu həyata keçirənlərin kimliyi ilə bağlı araşdırma aparılır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR