İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Vaşinqtona gizli sənəd göndərir - Nələr var?

1658 22.02.2026 01:42 Gündəm A A

ABŞ-İran gərginliyi fonunda yeni diplomatik pəncərə açılır.

Musavat.com xəbər verir ki, Qərb diplomatının İsrail mediasına açıqlamasına görə, yaxın günlərdə İran hökuməti ABŞ administrasiyasına münaqişənin həlli ilə bağlı rəsmi layihə təqdim etməyə hazırlaşır.

Mənbə bildirir ki, ABŞ prezidenti Donald Trampın mümkün hərbi zərbə ilə bağlı qərarı yalnız Vaşinqtonun Tehrandan gələcək təklif paketini nəzərdən keçirməsindən sonra verilə bilər. Bu isə son həftələrdə sürətlə artan hərbi eskalasiya ehtimalının müvəqqəti də olsa ləngidiyini göstərir.

Diplomatın sözlərinə görə, tərəflər razılığa gələrsə, prosesin icrasında əsas nəzarət mexanizmi kimi Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) çıxış edəcək. Agentliyin İranın nüvə proqramı üzərində geniş monitorinq səlahiyyətləri alacağı gözlənilir.

Beləliklə, bölgədə hərbi ssenari ilə diplomatik razılaşma arasında kritik günlər başlayır — qərarın taleyi Tehranın təqdim edəcəyi sənəddən asılı olacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR