İnsanlara hürriyət, millətlərə istiqlal!

İran və Pakistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi

526 03.08.2025 01:28 Siyasət A A

İslamabadda Pakistan baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darla iranlı həmkarı Abbas Əraqçi arasında görüş keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

"Görüş zamanı tərəflər ən yüksək səviyyədə həllini tələb edən əsas məsələlərin ilkin müzakirələrini aparıblar. Bunlara regional inkişaf, ikitərəfli ticarət və qarşılıqlı fəaliyyət, enerji əməkdaşlığı, həmçinin müntəzəm məsləhətləşmələr və əlaqələndirmə mexanizmlərinin gücləndirilməsinin zəruriliyi daxildir", - məlumatda qeyd olunub.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian Pakistanda iki günlük rəsmi səfərdədir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR