İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda “Bəsic” komandiri ÖLDÜRÜLDÜ - FOTO

716 28.07.2025 18:52 Region A A

Bu gün SEPAH-ın Quru Qoşunlarının Qüds Regional Qərargahı Zahidanın Şirabad bölgəsində yarıhərbi radikal "Bəsic" qüvvələrinin komandiri Cavad Kərimkoştənin qətlə yetirildiyini açıqlayıb.

Musavat.com “Azad İran”a istinadən xəbər verir ki, açıqlamada hadisə “terror aktı” kimi qiymətləndirilib.

Bildirilir ki, Cavad Kərimkoşte İmam Hadi məscidində “ibadət edənlərin təhlükəsizliyini təmin etmək” missiyası zamanı öldürülüb.

Qətl, “Ceyş əl-Ədl” silahlı qrupunun cəmi bir gün əvvəl Sistan və Bəluçistan əyalətinin Ədliyyə İdarəsinin binasına hücumundan sonra baş verib. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR