İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda daxili savaş: Xalq SEPAH-ın koordinatlarını ABŞ və İsrailə sızdırır- SENSASİYA

2461 07.03.2026 10:20 Dünya A A

İranda rejim əleyhinə olan mülki vətəndaşlar ölkə daxilindəki repressiv qüvvələrin məhv edilməsi üçün xarici kəşfiyyatla əməkdaşlığa başlayıblar.

Musavat.com xəbər verir ki, sadə iranlılar İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və "Bəsic" qüvvələrinin gizli mövqelərini müəyyən edərək bu koordinatları İsrail və ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) ötürürlər.

Məlumata görə, SEPAH kəşfiyyatının interneti kəsməsinə baxmayaraq, etirazçılar şəbəkəyə çıxışın bərpa olunduğu qısa anlardan istifadə edərək strateji məlumatları xaricə çatdıra bilirlər. Bu koordinatlar əsasında son günlərdə SEPAH-ın bir çox komanda mərkəzləri, silah anbarları və repressiya rəhbərlərinin gizləndiyi sığınacaqlar dəqiqliklə hədəfə alınıb. İrandakı daxili mənbələr bildirir ki, xalq bu yolla rejimin hərbi gücünü zəiflətməyi və xarici zərbələrin köməyi ilə inqilabın qələbəsini sürətləndirməyi hədəfləyir. Hazırda SEPAH daxilində ciddi "casus ovu"nun başladığı və informasiya sızdıranlara qarşı edam təhlükəsinin artdığı qeyd olunur. Buna baxmayaraq, rəqəmsal müqavimət qrupları peyk interneti və gizli kanallar vasitəsilə fəaliyyətlərini davam etdirirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR