İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda dövlət televiziya kanalları ƏLƏ KEÇİRİLDİ - Pəhləvinin müraciəti YAYIMLANDI

5223 19.01.2026 12:41 Dünya A A

İranda naməlum hakerlər dövlət televiziya kanallarının peyk yayımlarına giriş əldə edərək, adi yayımı ölkənin son şahının oğlu Rza Pəhləvinin müraciəti ilə əvəz ediblər.

Musavat.com xəbər verir ki, o, çıxışında İran ordusunu etirazçıların tərəfini tutmağa və ali lider Əli Xameneinin devrilməsini asanlaşdırmağa çağırıb.

Haker hücumunun videosu Təl-Əviv İnstitutunun təsisçisi, bloger və publisist Hen Mazzig tərəfindən "X" sosial media platformasında yerləşdirilib.

Görüntülərdə fars dilində şüarlar və yayımı izləyən insanların reaksiyaları əks olunub.

Bəzi videolarda həmçinin Fridrix Mertsin İrandakı etirazçılara dəstəyini ifadə etdiyi mətbuat konfransının görüntüləri də var.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR