İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda məktəblər bağlandı – Nə baş verir?

1503 06.05.2025 22:57 Region A A

İranın bəzi əyalətlərində təhsil dayandırılıb.

İranın şərqindəki bəzi əyalətlərdə qum fırtınası səbəbindən məktəblərin bağlandığı bildirilib.

Kirmanşah əyalətində də məktəblər və dövlət idarələri bir günlük işini dayandırıb.

Qeyd edək ki, İraqda da qum fırtınası faciəyə səbəb olub. Qum fırtınası səbəbindən görünüş məsafəsinin sıfıra enməsi nəticəsində iki avtomobil toqquşub. Nəticədə eyni ailədən 4 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb.

Qum fırtınası yalnız yol qəzaları ilə deyil, həm də sağlamlıq problemləri ilə müşayiət olunub. Təxminən 400 nəfər nəfəs darlığı və digər tənəffüs problemləri ilə xəstəxanalara yerləşdirilib./Yenisabah.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR