Məşhəd Narkotiklə Mübarizə Polisinin rəisi, polkovnik-leytenant Cavad Kəşəvərz silahlı iğtişaşçılar tərəfindən hücumda ölüb. İran mediası məlumat yayıb. Qeyd edək ki, İranda dekabrın 28-dən milli valyutanın devalvasiyası ilə bağlı etirazlar başlayıb.
İranda keçirilən etiraz aksiyaları zamanı həmçinin, məşhur rejissor Cavad Gənci hüquq-mühafizə orqanlarının açdığı atəş nəticəsində öldürülüb.
“Təhlükəsizlik qüvvələri ilə kordinasiyalı şəkildə aparılan əməliyyatlar zamanı çox sayda iğtişaşçı həbs edilib”.
Bunu İran polis qüvvələrinin komandanı Əhmədrza Radan deyib.
O, həbs edilənlər arasında aksiyalara rəhbərlik edən çox sayda təşkilatçının olduğunu bildirib.
Radan, saxlananların sayı və kimliyi barədə açıqlama vermədən, həbslərin davam edəcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, insan haqları təşkilatlarının məlumatlarına görə, etiraz aksiyalarında 10 mindən çox etirazçı həbs edilib.
Bəzi mənbələr saxlanılanların sayının qeyd edilən rəqəmdən daha çox olduğunu bildirirlər.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, qurumun Güney Azərbaycan nümayəndəliyinin rəhbəri Babək Muğanlı ilə müzakirə edir.
https://www.facebook.com/tvmusava
https://www.youtube.com/@musavattv






