İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandakı erməni keşişdən başından böyük QƏLƏT: “Qarabağ...”

2256 08.07.2026 15:29 Son xəbər A A

İran Erməni Apostol Kilsəsinin Tehran yeparxiyasının rəhbəri, arxiyepiskop Sepuh Sarkisyan Qarabağla bağlı Azərbaycana qarşı növbəti həddini keçən və həyasız iddia səsləndirib.

Musavat.com erməni mediasına xəbər verir ki, o, Ermənistanın dövlət televiziyasına müsahibəsində Baş nazir Nikol Paşinyanın Qarabağın Ermənistan ərazisi olmadığını bildirməsinin yanlış olduğunu iddia edib.

“Qarabağ Ermənistanın ayrılmaz hissəsidir. Paşinyan Qarabağın erməni torpağı olmadığını deyəndə səhv edir", – deyə başından böyük qələt edərək sarsaqlayıb.

Sarkisyan bununla da kifayətlənməyərək, Paşinyan hakimiyyətini Erməni Apostol Kilsəsinə qarşı siyasət yürütməkdə ittiham edib.

Əlavə edək ki, İrandakı yüksək rütbəli erməni din xadiminin Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə hədəfə alan bu cür bəyanatlar verməsi rəsmi Tehranın susqunluğu fonunda xüsusi diqqət çəkir. İllərdir İrandan Azərbaycana qarşı oxşar revanşist və separatçı çağırışların səslənməsi artıq təsadüfi hal kimi qiymətləndirilmir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR