İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın Rusiyadakı səfiri Laricani ilə bağlı BU GÖRÜNTÜLƏRİ PAYLAŞDI - Putinin qəbul otağında... - VİDEO

1384 19.03.2026 13:49 Dünya A A

İranın Rusiyadakı səfiri Kazım Cəlali Ali Milli Təhlükəsizlik Şurasının öldürülən katibi Əli Laricanin Kreml sarayında namaz qılarkən çəkilmiş görüntülərini paylaşıb.

Musavat.com xəbər verir ki, bu barədə "İribnews" məlumat yayıb.

Diplomat bu kadrların Laricaninin Moskvaya səfərlərindən biri zamanı çəkildiyini qeyd edib.

Səfirin sözlərinə görə, görüntülər Rusiya prezidenti Vladimir Putinlə görüşdən bir neçə dəqiqə əvvəl çəkilib.

O qeyd edib ki, rəsmi görüşün başlamasını gözləyərkən namaz vaxtı daxil olub. Həmişə namazı vaxtında qılmağa xüsusi önəm verən Laricani, elə həmin rəsmi mühitdə ibadətə başlayıb.

"Həmin görüntüləri lentə almağı özümə borc bildim. Lakin heç vaxt ağlıma gəlməzdi ki, bu kadrlar nə vaxtsa onun yoxluğunda böyük bir ruhun xatirəsi kimi yayımlanacaq", - deyə Kazım Cəlali o anlarla bağlı hisslərini bölüşüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR