İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın üç PLANI var – Tələ, yoxsa...

874 19.03.2026 17:57 Region A A

İran ABŞ və İsrailə qarşı müqaviməti davam etdirir. Rəsmi Tehranın açıqladığı son iki şərt isə belə deməyə əsas verir ki, rejim mövqeyini yumşaltmaq niyyətində deyil. İran təhlükəsizlik zəmanətləri olmadan və sanksiyalar ləğv edilmədən hərbi əməliyyatları dayandırmaq istəmir. Bəs “zərbələrin təkrarlanmayacağına dair zəmanət” mümkündürmü?

Siyasi şərhçi Sona Əliyeva hesab edir ki, İranın müharibəni uzatmaqdan başqa çıxış yolu yoxdur: “Birincisi, ehtiyatlar tükənsə belə, Rusiya və Çindən hərbi yardım alacağına ümid var. İkincisi, savaşı uzatmaqla ABŞ və İsraili geri çəkilməyə təhrik edəcəklərini düşünürlər. Üçüncüsü, ABŞ və İsraili quru savaşına çəkməyə çalışırlar. İndiki halda üçüncü variant İran üçün daha ağlabatan və inandırıcı görünür. İstənilən halda, Tehran hökuməti ABŞ-ı Yaxın Şərqdən vurub çıxaracağına inanır. Ona görə də infrastruktura, neft limanlarına, zavodlara və hərbi təyinatlı obyektlərə zərbələr endirir. ABŞ son iki-üç həftədə Yaxın Şərqdə hərbi və iqtisadi baxımdan itkiləri var. Bunu özləri də etiraf edirlər”.

Yalanın ömrü 40 gün çəkir - » Onews.az

Ekspertə görə, Tramp və Netanyahu danışıqlara hazırdır: “Amma İran buna getməyəcək. Çünki “ox yaydan çıxıb”. Ali dini lider və yüksək vəzifəli məmurlar, hərbçilər öldürülüb. Molla rejimi şəxslərə yönəlik deyil, sistem əsaslı konfiqurasiyadır. İranda mollaların sosial dayaqları da kifayət qədərdir. Ona görə də xalq ayağa qalxmaqda tərəddüd edir. Əks halda, vətəndaş savaşı baş verə bilər. Vəziyyət ciddiləşdikcə, ABŞ və İsrail alternativlər haqqında düşünəcək”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR