İranlı məşhur reper Təhrani ölkəsindəki qanlı etirazların və zorakılıqla basdırılan mübarizənin fonunda Türkiyəyə qaçaraq dünya liderlərini İran xalqını qorumağa çağırıb.
Musavat.com xəbər verir ki, o, İranın mütəmadi olaraq zorakılıq və repressiyalarla idarə olunan rejimindən narahatlığını ifadə edərək, dünyanın bu məsələyə diqqət yetirməsini tələb edib.
Təhrani İranda etirazların amansız repressiyalarla qarşılandığını, güclü mühafizə qüvvələrinin insanları açıq şəkildə atəşə tutduğunu və xüsusi qəddarlıqla öldürüldüklərini qeyd edərək gözyaşlarını saxlaya bilməyib.
O, "İran xalqı öldürülür, buna qarşı susmaq olmaz!" deyərək, beynəlxalq birliyin İran xalqını qorumaq üçün hərəkət etməsinin vacib olduğunu bildirib.
Reper öz ölkəsində baş verən faciəyə dünya ictimaiyyətinin daha çox diqqət etməsi üçün çağırış edib. "İranın qorunması üçün bütün dünya liderləri birlikdə hərəkət etməlidir" ifadələrini istifadə edib.
Musavat.com






