Ermənistan hakimiyyəti Türkiyə mətbuatında yayılan və Nikol Paşinyanın Araz çayının su ehtiyatları üzərində Türkiyəyə 99 il müddətinə müstəsna hüquqlar verdiyini iddia edən məqaləni təkzib edib.
Musavat.com-un xəbərinə görə, Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkələrdə bildirib ki, bu məlumat açıq-aşkar yalan və dezinformasiyadır və Ermənistana qarşı aparılan sistemli informasiya kampaniyasının tərkib hissəsidir.
Onun sözlərinə görə, məqsəd cəmiyyəti çaşdırmaq və regionda gedən proseslər barədə yanlış təsəvvür formalaşdırmaqdır.
Türkiyə nəşrində Paşinyanın Araz çayı üzərində Türkiyə tərəfindən bəndlərin və hidroelektrik stansiyaların tikintisinə razılıq verdiyi də iddia olunurdu. Ermənistan hökumətinin aparatından isə bildirilib ki, bu cür “informasiyaların” real mənbələri, məqsədləri və yayılma mexanizmləri yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq.
Musavat.com






