İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan Zəngəzuru verir? Keçmiş XİN rəhbərindən şok ittiham

498 22.01.2026 15:19 Dünya A A

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan hakimiyyətin Zəngəzurla bağlı siyasətinə sərt ittihamlarla çıxış edib.

Musavat.com xəbər verir ki, o, sosial şəbəkələrdə yaydığı açıqlamada Ermənistanın suveren ərazisinin 50 il müddətinə üçüncü ölkənin tam nəzarətinə verilməsinin dövlətə və ya özəl şirkətə təqdim olunan adi konsessiya ilə müqayisə edilə bilməyəcəyini bildirib.

Oskanyan bəzi dairələrdə səslənən “Ermənistanın həmin hissədə eni cəmi 40 kilometrdir, buna görə bu güzəşt ciddi problem sayılmamalıdır” arqumentini qətiyyətlə rədd edib. Onun sözlərinə görə, suverenlik məsafə ilə deyil, prinsip və nəzarətlə ölçülür və bu cür yanaşma təhlükəli yanlışlıqdır.

Sabiq XİN rəhbəri vurğulayıb ki, baş verən proseslərin əsas məqsədi Azərbaycanın Naxçıvanla Ermənistan ərazisi üzərindən maneəsiz və fasiləsiz əlaqəsinin təmin olunmasıdır. O xatırladıb ki, bu öhdəliklər artıq İrəvan tərəfindən əvvəlcədən razılaşdırılmış və imzalanmış sənədlərdə öz əksini tapıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR