İsrail mediasının yaydığı məlumata görə, rəsmi Təl-Əviv Vaşinqtona sərt mesaj göndərib.
Musavat.com xəbər verir ki, İsrail ABŞ-dən İran-ın raket təhlükəsinin aradan qaldırılması üçün hərbi zərbələr endirməyi tələb edir. Bildirilir ki, Vaşinqton bu addımı atmasa, İsrail əməliyyatı təkbaşına həyata keçirməyə hazırdır.
Məlumatlarda qeyd olunur ki, İsrail ABŞ ilə İran arasında mümkün razılaşmadan ciddi narahatlıq keçirir. Təl-Əviv hesab edir ki, belə bir saziş “ayətullahlar rejimi”ni toxunulmaz saxlaya və Tehranın həm nüvə, həm də raket imkanlarını qoruyub saxlaya bilər.
İsrail üçün əsas “qırmızı xətt” İranın ballistik raket proqramı və nüvə potensialıdır. Rəsmi dairələr vurğulayır ki, bu imkanların tam neytrallaşdırılmadığı heç bir razılaşma ölkənin təhlükəsizlik maraqlarına cavab vermir.
Musavat.com






