İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail İrana görə bu ölkəyə "Dəmir Qübbə" GÖNDƏRİB

1192 26.04.2026 16:54 Dünya A A

İsrail İrana qarşı hərbi əməliyyatın başlanğıcında Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) "Dəmir Qübbə" raketdən müdafiə sistemini göndərib.

Musavat.com xəbər verir ki, bu barədə "Axios" portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, bu, sözügedən hava hücumundan müdafiə sisteminin ABŞ və İsrail hüdudlarından kənarda yerləşdirildiyi ilk hadisədir.

Mənbələr bildirir ki, İsrailin baş naziri Benyamin Netanyahu BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə danışığından sonra ölkə ordusunun bir "Dəmir Qübbə" batareyasının və bir neçə operatorun Əmirliklərə göndərilməsi barədə tapşırıq verib.

Fəaliyyət göstərdiyi müddət ərzində sistem onlarla İran raketini uğurla zərərsizləşdirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR