İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail İranla bağlı ABŞ-ni XƏBƏRDAR ETDİ 

1475 08.02.2026 21:08 Dünya A A

İsrail müdafiə rəsmiləri ABŞ-ni xəbərdar ediblər ki, ölkə zərurət yaranacağı halda İrana qarşı birtərəfli addımlar atmağa hazırdır.

Musavat.com xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, İsrail Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmiləri amerikalı həmkarlarına İranın ballistik raket proqramının regional təhlükəsizlik üçün ciddi risk yaratdığını bildiriblər.

Qeyd olunur ki, İsrailin İranın raket imkanlarını və istehsal obyektlərini sıradan çıxarmaq niyyəti bir sıra yüksək səviyyəli görüşlər zamanı gündəmə gətirilib.

Hərbi mənbələr həmçinin bildiriblər ki, Tehranın raket proqramını zəiflətmək məqsədilə müxtəlif əməliyyat konsepsiyaları, o cümlədən əsas istehsal müəssisələrinə mümkün zərbələr məsələsi də müzakirə olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR