İsrail Müdafiə Qüvvələrinin (IDF) rəsmi nümayəndəsi Aviçay Adrai yaxın saatlarda Hizbullaha məxsus obyektlərə hava zərbələrinin endiriləcəyini açıqlayıb.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, hücumlar Hizbullah tərəfindən istifadə olunan binaları hədəf alacaq. Adrai təhlükəsizlik məqsədilə həmin ərazilərdə yaşayan mülki əhaliyə təxliyə çağırışı edib.
“Zərbələr təşkilat tərəfindən istifadə olunan binaya endiriləcək. İnsanları təhlükəsizlik naminə ərazini dərhal tərk etməyə çağırırıq”, - deyə İsrail ordusunun sözçüsü bildirib.
Musavat.com






